“Nabat” bədii filminin 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında premyerası baş tutub.
Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, təqdimatda və təqdimatdan sonra baş tutan mətbuat konfransında filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.
Festivalının növbəti günlərində filmin Mannheym şəhərinin Schlossgarten və Heydelberq şəhərinin Stadthaus və Kino Atlantis kinoteatrlarında 5 nümayişi və nəzərdə tutulub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Nərmin