29 Noyabr 2021 12:39
3 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Onkologiya Mərkəzində əməliyyat edilən əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxıla bilər.

Bu haqda Teleqraf.com-a aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib:

"Hazırda xəstəxanaya gedirəm. Səhhəti yaxşı olsa xəstəxanadan çıxaracağıq. Həyat yoldaşımı kirayə yaşadığımız mənzilə deyil, qızımın evinə aparacam. Düzdür, qızım da kirayədə yaşayır, iki balaca otağı var. Biz yaşadığımız evin sahibi deyir ki, çalışın evimdə yas salmayın. Həm də ev soyuqdur. Dövlətimizdən xahiş edirəm ki, bizi evlə təmin etsin. Nə qədər yaşasa, öz evində olsun. Hətta oğlumu da kirayədə evləndirib".

Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir.


Müəllif: Rəqsanə Həsənova