18 Noyabr 2014 17:37
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayının 1-dən yanvar ayının 15-ə qədər Dövlət Gənc Tamaşaçılar Teatrında “Tamaşaya bax, kitab qazan” adlı aksiya həyata keçiriləcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşriyyatının birgə layihəsi olan aksiyada teatrdan bilet alan hər bir tamaşaçı Hədəf nəşrlərindən kitab hədiyyə qazanacaq.

Aksiyanın həyata keçiriləcəyi müddətdə Dövlət Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşrləri öz məhsullarına (bilet və kitab) 30-50% endirim edəcəklər. Beləcə tamaşaçı kitab qiymətinə həm də tamaşa və yaxud tamaşa qiymətinə həm də kitab əldə edəcək.

Teatrdan bildirilir ki, aksiyadan yararlanmaq istəyənlər kitabevim.az mağazasından hədiyyə kuponunu və kitab almaqları zəruridir. Paketin qiyməti 6 manatdır. Paketə 1 kitab və Dövlət Gənc Tamaşaçılar Teatrında axşam tamaşasına bilet əldə etmək üçün kupon daxildir. Hədəf Nəşrlərinin möhürü ilə təsdiqlənmiş kuponu Dövlət Gənc Tamaşaçılar Teatrında afişadakı tamaşanın başlanmasına 1 saat qalmışa qədər inzibatçıya təqdim edərək heç bir ödəniş etmədən tamaşa bileti alırsınız.

Məlumat üçün bildirək ki, aksiyanın müddəti 45 gündür.

Nərmin


Müəllif: