Mətbuatda xalq artisti Valeh Kərimovun koronavirusa yoluxaraq Ağdaşda xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayılıb.
Valeh Kərimov Teleqraf.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib:
"Koronavirusa yoluxmamışam. Üç gündür xəstəxanadayam. Sabah xəstəxanadan çıxıram. Ətrafımda virusa yoluxanlar çox idi, ona görə məndən də şübhələdilər. Amma testin nəticəsindən sonra koronavirusa yoluxmadığım ortaya çıxdı. Vəziyyətim də yaxşıdır".
Qeyd edək ki, aktoyr "Bəxt üzüyü" filmindəki "Moşu Göyəzənli" obrazı ilə tanınıb.