Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimov koronavirusa yoluxub.
Rafiq Əzimov Teleqraf.com-a açıqlamasınsa xəstəliyi yüngül keçirdiyini deyib:
"Ev şəraitində müalicə aldım, virusu yüngül keçirdim. Bir həftəm bitib. Yenə test vermişəm, cavab gözləyirəm. Koronavirusa ilk dəfə yoluxdum. Teatrımızda bir neçə aktyorumuz koronavirusa yoluxub. "Dəli yığıncağı" tamaşasından sonra evə gəldim və öskürməyə başladım. Test verdim, pozitiv çıxdı. Temperaturum olmadı. Fevralın 7-də teatr açılır. Təxirə düşmüş tamaşalar fevral ayının repertuarında var".
Qeyd edək ki, Rafiq Əzimovun 83 yaşı var.