3 Aprel 2022 21:08
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Netflix” internet platforması Uill Smitin hazırda istehsal prosesində olan filminin çəkilişlərini dayandırıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb amerikalı aktyorun Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimində səhnədə aparıcı, komediya ustası Kris Roka şillə vurması olub.

Film hücumdan sonra yaddaşını itirmiş cinayətkar dəstənin başçısından bəhs edir.

İstehsalçı şirkət bildirib ki, filmin rejissoru Devid Litç də öz istəyi ilə layihədən ayrılıb.

Qeyd edək ki, martın 28-də “Oskar” mərasimində baş verən qalmaqallı hadisədən sonra Uill Smit Amerika Kino Sənəti Akademiyasından istefa verib və Kris Rokdan üzr istəyib.


Müəllif: Nərmin