6 Aprel 2022 18:23
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 29-da Akademik Musiqili Teatrı səhnəsində Migel de Servantesin "Don Kixot" romanı əsasında hazırlanan "PSİX" bir hissəli cəngavərlik oyununun premyerası olacaq.

Bu barədə Teleqraf.com-a tamaşanın rejissoru Ər-Toğrul Kamalov məlumat verib.

“Hər zaman Azərbaycan teatr səhnəsində fərqli tamaşa, fərqli performanslar görmək istəmişik. Bizə belə bir şərait yaratdığına görə Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm. Dedi istədiyiniz performansı təqdim edə bilərsiniz, yetər ki, baxımlı, maraqlı olsun. Biz də belə bir tamaşa ərsəyə gətirdik. Mənə inandıqlarına, mənimlə birgə bu yolda addımladıqlarına görə komandamıza çox təşəkkür edirəm”.

Tamaşanın bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rəssamı Vüsal Rahimdir. Tamaşada xalq artisti Pərviz Məmmədrzayev, Gültac Əlili, Nicat Əli, Zaur Əliyev iştirak edirlər.


Müəllif: Nərmin