2 May 2022 21:43
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

71 yaşlı Hollivud aktyoru Bill Murrey "Ölümlü olmaq" filminin çəkilişlərinin dayandırılmasına səbəb olan qadınlara təcavüz etdiyi iddiası ilə bağlı şikayətlərə münasibət bildirib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aktyor bu məsələdə ədalətə sığındığını deyib: “İşlədiyim bir qadınla aramda fikir ayrılığı yaranmışdı. Gülməli bir şey etdim, amma başqa cür qarşılandı. Bu, təcavüz kontekstində qəbul edilməməlidir. İstehsalçı şirkət hesab etdi ki, filmin çəkilişlərini dayandırsın və hadisəni araşdırsın. Mən ədalətə və çəkilişlərin davam etdiriləcəyinə inanıram”.

Qeyd edək ki, Bill Mürreyin əsas rollardan birində çəkildiyi “Ölümlü olmaq” filminin çəkilişləri aktyorla bağlı şikayətlərə görə dayandırılıb. O, çəkiliş meydançasında nalayiq davranışda ittiham olunub. Filmin çəkilişlərinin davam edib-etməyəcəyi hələlik məlum deyil.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər