Məşhur gürcü teatr rejissoru, bir sıra beynəlxalq mükafatlar laureatı Robert Sturua bu günlərdə Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Teatrın bir qədər əvvəl təmirdən çıxmış binası ilə, rejissor və aktyorlara yaradılmış şəraitlə tanış olan sənətçi heyrətini gizlədə bilməyib. O bildirib ki, bu cür müasir bina, yaradıcı heyət üçün yaradılmış super şərait Azərbaycan dövlətinin teatra, sənətə, ümumilikdə mədəniyyətə olan qayğı və diqqətinin bariz nümunəsidir:
“Mən nəinki postsovet məkanında, hətta Avropanın bir sıra qabaqcıl ölkələrində belə bir mənzərəylə qarşılaşmamışam”. Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Sturua ilə Musiqili Teatr arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılaşma əldə olunub.
Nərmin