Bakıda Koreya Kinosu Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 27-30 noyabr 2014-cü il tarixində SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Koreya Kinosu Festivalı keçiriləcək.
Dörd gün ərzində 10 Koreya filminin nümayişi nəzərdə tutulan festivalın bu gün təşkil olunacaq açılış mərasimində "Memarlıq 101" filmi tamaşaçılara təqdim ediləcək.