20 May 2022 10:32
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti, görkəmli rejissor Vaqif Əsədovun vida mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, mərasim bu gün saat 11: 00 rejissorun yaşadığı binanın qarşısında olacaq.

Vaqif Əsədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il mayın 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.


Müəllif: Nərmin