31 May 2022 18:18
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda yaranmış geopolitik vəziyyətlə ələqadar MDB Türk Respublikaları Kinematoqrafçıları İttifaqları Konfederasiyası yaradılmalı və qurumun mərkəzi Bakı olmalıdır"

Teleqraf.com xəbər verir ki, bunu Rüstəm İbrahimbəyovun qızı prodüser, aktrisa Fatimə İbrahimbəyova Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən konfransında deyib.

O belə bir konfederasiyanın yaranması vacibliyinə diqqət çəkib və bildirib ki, növbəti aylarda türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqlarının sədrləri Bakıya dəvət ediləcək və konfederasiyanın yaradılması istiqamətində müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının üzvüdür.

Fatimə İbrahimbəyova noyabr ayında həmin konfederasiyanın təşkilat üzrə katibi seçilib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər