3 İyun 2022 16:20
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin paytaxtı Oslo şəhərində Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə 28 May Respublika Günü münasibəti ilə bir neçə görüş keçirilib.

Bu barədə Teleqraf.com-a Osloda yerləşən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbindən məlumat verilib.

Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Evi və Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə baş tutub.

Oslonun mərkəzi kitabxanasında keçirilən ilk görüşdə şairin “Qalanı xatirədir…” kitabı təqdim edilib.

Görüşdə Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri Baba Vəziroğlunun müəllifi olduğu şeirləri səsləndiriblər.

İkinci görüş Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində valideyn və şagirdlərlə keçirilib.

Qeyd edək ki, Baba Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir...” adlı şeir kitabı Norveçin Milli Kitabxanasına hədiyyə edilib.


Müəllif: Nərmin