Rejissor, prodüser Fariz Əhmədov Moskvada keçirilən “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalının “Qısa metraj” proqramında münsiflər heyətinin üzvü olacaq.
Bu barədə Teleqraf.com-a Fariz Əhmədov məlumat verib.
Bu il 8-ci dəfə keçirilən “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalın açılışı avqustun 15-də olacaq. Festivalın “Qısa metraj” proqramında 15 film yarışacaq.
Daha çox müəllif yaradıcılığına fokuslanan festival avqustun 28-də başa çatacaq.