“O biri Kinematoqrafçılar ittifaqında mənim çox dostlarım var. Orda Azərbaycan kinosu üçün çox böyük xidmətləri olan insanlar təmsil olunub. Mən onların heç birini aşağılamaq istəmirəm. Amma mən sizin sağlığınıza ona görə içirəm ki, siz etibarlısınız. Çətin bir dövrdə bu ittifaqdan üz döndərmədiniz. Ona görə mən sizin hamınızın sağlığına içirəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar Rzayev Azərbaycan Kinematoqrafçılar İttifaqının 2 avqust Milli Kino Günü ilə bağlı keçirdiyi tədbirdə deyib.
Anar Rzayevin tədbirdəki çıxış videosunu rejissor Tahir Tahiroviç sosial şəbəkələrdə paylaşıb.