Aktrisa Oksana Rəsulovanın ilk dəfə oynadığı “İnstintk” tamaşası yeni teatr mövsümdə təqdim ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Xalq artisti Vidadi Həsənovun quruluşunda olan tamaşa sentyabrda oynanılacaq.
“3 ay bundan öncə mən Vidadi Həsənovun təşəbbüsü ilə “M Teatra” daxil oldum. Məni tanıyan insanlar bilir ki, mən teatrı nə qədər çox sevirəm və hər kəsə həmişə sevdirmək istəmişəm, çünki TEATR başqa dünyadır.
Ustadım, müəllimin, Xalq artisti Vidadi Həsənov mənə, mənim bacarığıma inanıb öz komandasına daxil etdi və biz “İnstinkt” tamaşasının məşqlərinə başladıq. Vidadi müəllim mənimlə teatr arasında elə bir sıx platforma yaratdı ki, mən özüm özümü tapdım, sanki bura mənə aid olan yerdir, sadəcə o yer məni gözləyirdi, mən gəldim və biz tamamlandıq”- aktrisa qeyd edib.
O bildirib ki, avqustun 1-də tamaşanın ilk qapalı baxışı olub: “1 avqust 2022-ci il - bu günü isə mən heç vaxt unutmayacam. Siz də unutmayın, çünki o gün, mən oynadığım ilk tamaşanın qapalı baxışı oldu, “İNSTİNKT” tamaşası işıq üzü gördü”.
Qeyd edək ki, “İnstinkt” tamaşasında Oksana Rəsulovanın tərəf müqabili Ziya Ağadır.