9 Avqust 2022 12:59
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm 100” illiyi ilə bağlı tədbirlər planında Azərbaycan filmlərinin bölgələrdə nümayişi nəzərdə tutulub. “Azərbaycan filmləri bölgələrdə” layihəsi çərçivəsində son illərdə çəkilən filmlərin bölgələrdə göstərilməsinə çalışacağıq”.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov deyib.

O bildirib ki, həmin film nümayişlərində yaradıcı heyətlə bölgə tamaşaçılarının qarşılıqlı ünsiyyəti yaradılacaq:

“Pandemiyadan öncə belə bir təcrübə olub. “Salnaməfilm”in istehsalı olan Milli qəhrəmanlardan bəhs edən filmlər bölgələrdə nümayiş olunurdu. Pandemiya səbəbindən bu nümayişlər dayandı. Amma düşünürük ki, yalnız Milli qəhrəmanlarla bağlı filmlər deyil, həmçinin digər filmlər də göstərilməlidir”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər