11 Avqust 2022 09:35
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Film Fond” Stiven Siqalın Donbasla bağlı sənədli filminə vəsait ayırmayacaq.

Teleqraf.com-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, Fondun nümayəndələri bildiriblər ki, təşkilat rejissor, aktyor və Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-la humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqala Donbasdakı hadisələrlə bağlı çəkiləcək sənədli filmin maliyyələşdirilməsinə kömək edə bilməyəcək.

“Bizim sənədli filmləri dəstəkləmək missiyamız yoxdur”- Fonddan bildirilib.

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin Siqalın Donbas haqqında sənədli film çəkəcəyini açıqlamışdı.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər