Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkədə 1989-cu ildə çəkilmiş "Camaşırxanada" qısametrajlı satirik filminin görüntülərini paylaşıb.
Teleqraf.com xəbər verir ki, filmdə həmçinin Xalq artisti Şamil Süleymanov da çəkilib.
"O vaxtlar bu janrda filmlər "Mozalan" studiyası adından yayımlanırdı və məqsədi ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs vermək olduğu üçün hamı tərəfindən izlənilirdi"- deyə aktrisa qeyd edib.