14 Sentyabr 2022 18:56
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşalarını təxirə salıb.

Bu barədə Teleqraf.com-a teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.

O bildirib ki, sonuncu erməni təxribatı nəticəsində şəhid olan oğullarımızın ruhuna ehtiram əlaməti olaraq yeni mövsümün açılışı ilə bağlı teatrın planında dəyişiklik olub. Belə ki, 16, 17 və 18 sentyabr günlərinə təsadüf edən tamaşa nümayişləri ləvğ olunub".

"Təyin olunan günə bilet alan tamaşaçılarımız qarşıdakı həftələrdə həmin biletlər ilə istənilən nümayişləri izləyə bilərlər" - mətbuat katibi qeyd edib.


Müəllif: Nərmin