24 Sentyabr 2022 00:10
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktrisası Şarliz Teron vaxtilə rejissorlardan birinin onu açıq-saçıq geyinməyə məcbur etdiyini açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa uzun illər filmlərdəki geyiminə tam nəzarət edə bilmədiyini deyib.

"Rejissor mənim daha seksual və arzuolunan görünməyim üçün mənə cəfəng paltarlar geyindirdi. Bu hətta müzakirə belə olunmadı. Sadəcə mənə dedilər: "Geyinəcəyin paltarlar bunlardır.

Təəssüf ki, geyimlərim üzərində tam nəzarət mənim əlimdə deyildi. Bu problem məni çox uzun illər bezdirdi".

Aktrisa həmin rejissorun kimliyini gizli saxlayıb.


Müəllif: Pərvin Cəfərova