8 May 2014 16:25
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Bədəlbəyli: “Şuşa alınan kimi orada məktəb kompleksi tikəcəyəm”

“Şuşanın işğalı bizim üçün ağırdır, amma ümidlə yaşayırıq, ayrı çarəmiz yoxdur”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

Onun sözlərinə görə, bizim üçün təkcə 8 may yox, hər gün Şuşa olmalıdır: “Məktəblərdə, universitetlərdə, telekanallarda hər gün aparılan maarifçilik bədii, sənədli film, konsert şəklində Şuşa ilə bağlı olmalıdır. Çünki belə olmasa, ikinci dəfə Zəngəzurun aqibəti yaşanacaq. Şuşa ikinci Zəngəzur olmamalıdır”.

F.Bədəlbəyli Şuşada musiqi məktəbi tikməklə bağlı arzusunu dilə gətirərək deyib ki, bu, layihə olaraq qalır: “Artıq sponsorlar da var. Onlar mənə dedilər ki, pul ayıracaqlar. Şuşa alınan kimi orada məktəb kompleksi tikəcəyəm”.

BƏXTİYAR


Müəllif: