Ötən gün doğum gününü qeyd edən Əməkdar artist Sənubər İsgəndərlini çəkildiyi "Ata ocağı" serialının kollektivi sürpriz edib.
Teleqraf.com xəbər verir ki, özəl günündə çəkiliş meydançasında olan aktrisanın şərəfinə tort kəsilib, serial heyəti ürək sözlərini deyib, mahnı oxuyublar.
Aktrisa həmin görüntüləri sosial şəbəkədə paylaşıb.