23 Noyabr 2022 15:43
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsinə həsr olunan “Qarabağ Vətən müharibəsi” adlı serialla bağlı hazırlıqlar davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müvəqqəti müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, müştərək filmin çəkilişi ilə bağlı heç bir problem yoxdur:

“İşlər tam sürətlə davam edir. Kino istehsalatı bir neçə mərhələdən ibarətdir: inkişaf dövrü (ssenarinin yazılması), hazırlıq dövrü (çəkilişə hazırlıq, kastinq, məkanların axtarışı, aktyorlarla məşq və s.), çəkiliş, daha sonra post-prodakşn və nəhayət, distribusiya - yayım. Çəkiliş martda başlayır, iki dövrü bitirmişik. Möhtəşəm ekran həllini sizə təqdim edəcəyik!”

Qeyd edək ki, serial Türkiyədə fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir. “Bozdağ Film” “Kuruluş Osman”, “Diriliş Ertuğrul”, “Aşkın yolculuğu. Yunus Emre”, “Mendirman Celaleddin”, “Destan” kimi uğurlu layihələrə imza atıb.


Müəllif: Nərmin Muradova