30 Noyabr 2022 17:50
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marvel layihələrində Nik Furi obrazını canlandıran aktyor Samuel L. Cekson kino sənətçilərini tənqid edən rejissor Kventin Tarantinoya cavab verib.

Teleqraf.com bunu “Variety” nəşrinə istinadən xəbər verir.

“Görünür, Marvel aktyorlarının kino ulduzu olduğunu bilmək mənim üçün ziddiyyət təşkil etmir. Çadvik Boseman Qara Pantera rolunu oynadı və o, kino ulduzudur”- deyən aktyor əlavə edib ki, filmlərdə konkret obrazları həmişə aktyorlar canlandırır.

Qeyd edək ki, Kventin Tarantino Marvel layihələrində oynayan aktyorların populyarlığını tənqid edib. Rejissor bildirib ki, kino komikslərin qəhrəmanlarını aktyor deyil, kino-ulduz hesab edir.

Məlumat üçün bildirək ki, Samuel L. Cekson kino karyerasında populyarlığı Tarantinonun “Kriminal qiraət” filmindəki Culs Uinfild rolu ilə qazanıb. Rejissorun “Azad edilmiş Canqo”, “Möhtəşəm səkkizlik” filmlərindəki rolları da tənqidçilər tərəfindən yüksək qiymətləndirib.


Müəllif: Nərmin