Tanınmış türk müğənni- aktrisa Hülya Avşar yeni klipində çəkilən Murat Altan adlı bəy haqqında maraqlı etiraflar edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Altanı təsadüfən küçədə görüb, bəyəndiyini bildirib.
“Klip üçün uzun müddət aktyor axtarışına çıxdıq. Bilirsiniz, kliplərdə yaraşıqlı gəncləri çəkirlər. Açığı, mənə görə çox yaraşıqlı kişilər cazibədar olmur, bəyənmirəm. Yürüş zamanı gördüm ki, qarşıdan xarizmatik bir kişi gəlir. “Bu adam klipdə çəkilməlidir” dedim və çəkdim. Amma çəkməmişdən öncə “Klipimdə çəkilərsinizmi?” soruşdum. Əvvəlcə inanmadı, elə bildi ki, onunla zarafat edirəm. Sonra “mənim üçün də xoş xatirə olar” deyib razılaşdı. Bir az bahalı iş oldu, amma buna dəydi”.
Murat Altanın Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğluna bənzərliyi də gözlərdən yayınmayıb.
Qeyd edək ki, “Anlatma” adlı yeni mahnısına çəkilən klipin rejissorluğunu müğənni özü edib.