13 Dekabr 2022 08:00
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkiz zirvələr” (“Twin Peaks”, 1990-2017) serialının musiqilərinin müəllifi, amerikalı bəstəkar Ancelo Badalamenti 86 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi "The Hollywood Reporter" məlumat yayıb.

Ancelo Badalamenti Linkoln Parkdakı (Nyu-Cersi ştatı) evində dünyasını dəyişib.

1937-ci il mart 22-də Nyu Yorkda anadan olan Ancelo Badalamenti 70 film və seriala musiqilər bəstələyib.


Müəllif: Teleqraf.com