Ankarada Kobaniyə dəstək məqsədi ilə keçirilən konsert zamanı səhnədə halı pisləşən sənətçi Bilal Ercan dünyasını dəyişib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, 52 yaşlı ifaçı ürək çatışmazlığından əziyyət çəkdiyi və əməliyyata girəcəyi üçün onun xanımı səhnəyə çıxmamasını istəyib. Bilal isə cavabında "Gənclik məni gözləyir, səhnəyə çıxmağım lazımdır" söyləyib.
Səhnəyə çıxdıqdan bir müddət sonra halı pisləşən Bilal Ercana ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Rüstəm