18 Dekabr 2014 13:50
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan teatrlarının indiki şəraiti əvvəlki illərlə müqayisədə çox yaxşıdır. 70-80-ci illərdə teatrın, aktyorların durumu daha çətin olub. Bu gün aktyorların bəziləri qastrollara öz maşınları, bəzi də teatrların avtobusları ilə gedir. Aktyorların maaşları artır, şəraitləri yaxşılaşır, sərəncamlar, dövlət proqramları verilir, qanunlar qəbul olunur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemətov deyib.

Onun sözlərinə görə, teatrlarımızın durumu heç də dünya teatrından geri qalmır:

“Bizim tamaşalar xarici ölkələrin tamaşalarından heç də geri qalmır. Yəni Azərbaycan teatrı pis vəziyyətdə deyil. Başqa məsələ ki, uğurlu tamaşalarla yanaşı uğursuz tamaşalar da var. Bu da təbiidir. Ümumiyyətlə, beynəlxalq miqyasda təhlil aparsaq görəcəyik ki, dünyada yaxşı tamaşalar çox azdır. Biz burada oturub deyirik ki, teatrımız dünya səhnəsinə çıxa bilmir. Elə deyil. Dünya teatrları içərisində səviyyəcə bizdən aşağı, bizdən yuxarı, eləcə də bizimkimilərə bənzərlər çoxdur. Və bu, o demək deyil ki, Azərbaycan teatrı pisdir. Teatrımız pis olsaydı, Prezidentimiz də onu qiymətləndirməzdi. Azərbaycan teatrının şanlı tarixi, maraqlı sənət əsərləri olub. Bu gün biz həmin yolu çox çətin olsa da davam etdiririk”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər