“Yaxın gələcəkdə qanun qəbul olunacaq”.
Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Onun sözlərinə görə yeni qanun layihəsindən kinoya müasir baxış var:
“Kino haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komissiyasında müzakirə olundu. Biz də müzakirələrdə iştirak etdik. Hörmətli millət vəkili Nizami müəllimlə bir neçə dəfə görüşümüz olub. Son vaxtlar bəzi məsələləri də telefon vasitəsilə həll etmişik. Nizami müəllimə çox təşəkkür edirəm ki, qanun layihəsinin qəbulu üçün bizə çox dəstək olur. Bilirsiniz ki, “Kino haqqında” qanun sonuncu dəfə 1998-ci ildə qəbul edilib. Kinoindustriya, texniki parametrlər günü-gündən inkişaf edir, zövqlər dəyişir. Bunlar ayrı sahələr olsalar da, hərəsinin gündəlik tələbatı meydana gəlir. Qanun çəkiliş parametrlərinin dəyişməsindən tutmuş, qonorarların artırılması, filmin satış qaydalarına kimi bir çox məsələlərə işıq tutur. Əminliklə deyə bilərəm ki, hazırladığımız qanun bu günün tələblərinə cavab verir".
Nərmin