5 Yanvar 2023 09:00
2 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı kaskadyor- aktyor Babək Həsənzadə hazırda "Alparslan: Böyük Selcuqlu" serialında rol alır.

Teleqraf.com xəbər verir ki, kaskadyor- aktyor sosial şəbəkədə serialdan görüntülər paylaşıb.

Qeyd edək ki, Babək Həsənzadə 1990-ci ildə Lənkəran şəhərində anadan olub. İlk təhsilini Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Daha sonra təhsilini Lənkəran Özəl Türk Liseyində davam etdirib.

Türkiyənin Fateh Universitetinin iqtisadi-siyasi-idarəetmə bölümünü bitirən Babək uzun illərdir ki, Türkiyədə kaskadyor-aktyor kimi fəaliyyət göstərir.

O, daha çox Polad Aləmdarın dublyor-kaskadyoru kimi məşhurlaşıb.


Müəllif: Nərmin