17 Yanvar 2023 18:28
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir nəfər haqqında tənqid yazıram və sonra o, mənə salam vermir. Küsür, mənimlə danışmır. Halbuki, çox yaxşı münasibətdə idi. Mən dostlarım haqqında da tənqid yazmaqdan çəkinməmişəm".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Əməkdar incəsənət xadimi Aydın Talıbzadə "Açıq söhbət" verilişində deyib.

O qeyd edib ki, tənqidi məqalələrində heç vaxt təhqir olmayıb.

"Tənqid yüz faiz obyektiv, dürüst, əsaslı olmalıdır. Və heç vədə təhqirə keçməməlidir. Tənqid edəndə heç kimin mənliyinə, şəxsiyyətinə toxunmağa haqqın çatmır.

Mən tənqidçiyəm. Tənqid yazıram, çalışıram ki, son dərəcə obyektiv olum. Tənqidi məqalələrin heç birində təhqirə keçməmişəm.

Hər hansı sənət əsərini ona görə tənqid etmirsən ki, onun arxasında filan şəxsiyyət dayanır. Sən ona görə tənqid edirsən ki, ümumilikdə Azərbaycan mədəniyyətini düşünürsən, dünya mədəniyyəti ilə müqayisə aparırsan. Bu fonda həmin o təzahürün qiymətini müəyyənləşdirməyə çalışırsan. Qüsurları deyəndə kimsə səndən inciyir. Salam verəndə görürsən ki, çox soyuq salamlaşırlar. Və sən bunu qəbul edirsən. Çünki sən tənqidçisən".


Müəllif: Nərmin