22 Fevral 2023 15:59
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruzun vida mərasiminin uzun illər çalışdığı Akademik Milli Dram Teatrında keçirilməməsi həm aktyor dostları, həm də ictimaiyyət arasında təəccüblə qarşılanıb.

Xalq artisti Əli Nur, Əməkdar artist Sevinc Əliyeva mediaya açıqlamalarında vida mərasiminin teatrda keçirilməməsini tənqid ediblər.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Teleqraf.com-a bildirib ki, teatr qəbul olunmuş qaydalar çərçivəsində hərəkət edir:

“Məsələnin aktuallığını nəzərə alıb bir daha bildirirəm ki, uzun illərdir görkəmli teatr xadimləri ilə vida mərasimi onların öz evində keçirilir. Bu, artıq qəbul olunmuş qaydadır”.

Qeyd edək ki, Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz fevralın 20-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məsələyə digər rəsmi qurumlar hər hansı münasibət bildirməyiblər.


Müəllif: Nərmin

Oxşar xəbərlər