17 Mart 2023 19:16
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək.

Bu barədə Teleqraf.com-a Nazirlikdən xəbər verilib.

Forum Heydər Əliyev Mərkəzində baş tutacaq. Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.


Müəllif: Teleqraf.com