19 May 2023 11:27
2 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

“44 illik teatr, bir az ondan az kino təcrübəm mənə bunu deyib: bizdə həmişə yaxşı ssenari yazanlar olub. Yaxşı rejissorlar, yaxşı aktyorlar da həmçinin... Sadəcə pulumuz az olub”.

Bunu Teleqraf.com-a açıqlamasında rejissor, aktyor, ssenari müəllifi, xalq artisti Vidadi Həsənov deyib.

O qeyd edib ki, Azərbaycan filmləri son illər bir çox festivallarda uğur qazanır:

“Kim deyir ki, yaxşı ssenari yazanlarımız yoxdur, onlara inanmayın. Azərbaycan filmi yoxdur deyənlərə də inanmayın. Azərbaycan gəncləri son festivallarda çox uğurlar qazanıblar. Bəyəm onlar bizimkilər deyil? Bizimkilərdir, onların uğuru da bizim, Azərbaycan kinosunun uğurudur”.


Müəllif: Nərmin Muradova