22 May 2023 13:29
2 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Professional Kinorejissorlar Gildiyası mədəniyyət naziri Adil Kərimliyə “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə bağlı təklif göndərib.

Gildiyadan Teleqraf.com-a verilən məlumata görə, təkliflər paketində Azərbaycan Respublikasının Kino Agentliyinin tərkibində Azərbaycanfilm Milli Kino Mərkəzi və Film Fondun daxilində Kino muzeyinin yaradılması əksini tapır.

“Kinostudiyanın çəkiliş pavilyonları, ərazisi və zəngin kino yaradıcılıq-istehsalat bazası, onun “ölkəmizdə tarixi və mədəni rolu, yaradıcılıq fəaliyyətinin əhəmiyyəti, fondlarının zənginliyi, nadirliyi, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlər”ni nəzərə alaraq, “Azərbaycanfilm”ə ölkəmiz və xalqımız üçün əhəmiyyətini təsdiq edən Milli status verilsin və onun təşkilai-hüquqi forması – “Publik hüquqi şəxs” statusuna dəyişdirilərək, yeni yaradılmış Azərbaycan Respublikasinin Kino Agentliyinin tərkibində Azərbaycanfilm Milli Kino Mərkəzinin yaradılmasını vacib və kinostudiyada əsaslı təmir-bərpa işlərinin aparılmasını məqsədəuyğun hesab edirik.

Azərbaycan Dövlət Film Fondunun tərkibində kinomuzun salnaməsini özündə əks etdirən və əsas etibari ilə “Azərbaycanfilm” kinostudiyasının tarixi əhəmiyyət kəsb edən materiallarından ibarət Kino muzeyinin yaradılmasını və imkan daxilində kinostudiyanın ərazisində ziyarətçilər üçün əlçatan yerdə xüsusi muzey binasının tikilməsini məqsədəuyğun sayırıq”.


Müəllif: Nərmin

Oxşar xəbərlər