Fikirlərimi necə ifadə edim ki, yalnış anlaşılmasın. Amma artıq vecimə deyil. Çünki həddini keçənə yerini bildirmək lazımdır. Təəssüflər olsun ki, məndə bu zamanında alınmır. Çünki qəlbim yumşaqdır və keçirəm. Pikdən bir az yuxarı çıxanda pis partlayıram. Əgər mən nəyəsə anlayış göstərirəmsə, göz yumuramsa, əgər gülürəmsə bu o deməkdir ki, sadəcə işimi sevirəm. Bu o demək deyil ki, çiyinlərimdə oturub ayaqlarınızı saxlaya bilərsiniz".
Teleqraf.com xəbər verir ki, bu sözləri gənc aktrisa Zarina Qurbanova deyib.
Aktrisa daha sonra əlavə edib:
"Çox heyif ki, sahəmiz çox kiçikdir. Proyekt azdır. Və çox heyif ki, insan olaraq haqqını tələb edəndə olursan kaprizli aktrisa, problemli insan. İtirən mən yox, siz və sizin proyektlər olur. İnanın ki, ruzini yetirən Allahdır. O proyektlərinizdə mənim olmamağım daha yaxşıdır. Sevgim, anlayışım, susqunluğum, çox zaman da yardımlarım fədakarlığımdan deyil. Mən fədakar aktrisa deyiləm. Elə olsaydı son çəkilən 5-10 filmlərdən ən azı üçündə, dördündə çəkilərdim. Lazım olan anda qonorarımı, istəklərimi, tələblərimi deyirəm. Çünki öz canım hər şeydən üstündür. Sadəcə mövcud situasiyaya uyğunlaşıram. Görürəm ki, maddiyyat az olsa da ssenaridə içimi qıpırdadan şeylər var... o zaman razılaşmaq mümkündür. Mövcud situasiyaya uyğunlaşmağım işimə olan sevgimdir. Bunun qarşılığı siz tərəfdən sevgidir, təşəkkürdür. O sevgi ki, onu paylaşdıqca beş qat əvəzini alırsan. Axı siz bunu bacarırsınız. Bunu görürük. Xaricdən gətirdiyiniz müğənnilərə, aktyor və aktrisalara, onların psixoloquna, rəssamına verdiyiniz dəyəri, saxladığınız otelləri, verdiyiniz qonorarları...hamısını görürük. Özümüzkülər onlardan istedad, perfomans cəhətdən qat-qat üstündür. Sadəcə olaraq mövcud olan vəziyyətə uyğunlaşaraq hər kəsin başı bir tikə çörək pulunu qazanmağa və çox şeylərə göz yummağa qarışıb. Bunun qarşılığında təşəkkür edin. Bunu bacarın. Təşəkkür və sevgi. Gedib arxasınca problemlidir deyə danışmayın. Özümüzkünə dəyər verməyi öyrənin. Lütfən".