Rejissor Mübariz Nağıyev mərhum müğənni Rüfət Mehdiyevin qızları ilə çəkilmiş fotonu sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, foto 41 yaşında qəflətən dünyasını dəyişmiş Rüfət Mehdiyevlə bağlı keçirilən yığıncaqda çəkilib.
"Bu gün təsirli bir axşam keçirdim. Gözəl aktrisamız Vəfa Zeynalovanın "Obraz" kafesində mərhum, unudulmaz dostum Rüfət Mehdiyevin doğum günündə onun bu gözəl balaları ilə birlikdə mənim "Dünən qəfildən gəldi..." filmimə baxdıq. Yəqin ruhun şaddır, qardaş..." - deyə Mübariz Nağıyev yazıb.
Qeyd edək ki, 2011-ci ildə dünyasını dəyişən Rüfət Mehdiyev Mübariz Nağıyevin müəllifi olduğu "Dünən qəfildən gəldi..." filmində baş rolu ifa edib.
Filmin süjet xəttinə görə, yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.