Farah Zeynep Abdullahın baş rolda çəkildiyi "Bihter" filmindən yeni fotolar yayımlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Farahın Bihter obrazındakı fotoları sosial şəbəkədə "Farah Beren Saatı unutdura bilərmi?" başlıqlı müzakirələrə səbəb olub.
Qeyd edək ki, filmin aktyor heyətində Boran Kuzum, Osman Sonant, Hande Ataizi, Helin Kandemir, Nezaket Erden, Lorin Merhart, Mert Can Tekin, Mert İnce, Ebru Özkan və Tilbe Saran yer alır.
"TAFF Pictures"in istehsalı olan filmin rejissoru Mehmet Binay və Caner Alper, ssenaristi Merve Göntem, prodüserləri Timur Savcı və Camal Okandır.