Oktyabrın 20-21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında A.P.Çexovun eyniadlı pyesi əsasında “Albalı bağı” tamaşasının premyerası olacaq.
Bu barədə Teleqraf.com -a Rus Dram Teatrından məlumat verilib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Tamaşada rolları Azərbaycanın Xalq artistləri Natalya Şarovskaya, Fuad Osmanov, Ayan Mir-Qasımova, Əməkdar artistləri Mariya Dubovitskaya, Murad Məmmədov, Teymur Rəhimov, Yuri Omelçenko, Həcər Ağayeva, Salman Bayramov və digərləri oynayacaqlar.