Azərbaycan filmləri “8-ci Beynəlxalq Türk Dünyası Sənədli Film Festivalı”nın qalibi olub.
Teleqraf.com xəbər verir ki, qısametraj sənədli film kateqoriyasında birinci yeri Ərturan Nəcəfi Göl “Novruznamə” (beynəlxalq adı isə Nowruz) filminə görə, Leylaxanım Qənbərli isə jürinin özəl ödülünü “Böyük qırmızı ev” filminə görə qazanıb.
Ankarada keçirilən “8-ci Beynəlxalq Türk Dünyası Sənədli Film Festivalı” Türk dünyasının ortaq mədəni dəyərlərini və tarixini tanıtmaq məqsədi ilə hər il Türkiyə Cumhuriyyətinin fərqli şəhərlərində baş tutur.
Qeyd edək ki, “Novruz” filmi “Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi” ilə “Buta Film”in birgə istehsalıdır. Filmin produsserlər Sevinc Məmmədova və Ərturan Nəcəfi Göldür. Co-produsser isə Buta filmin rəhbəri İlqar Nəcəfdir.