Çox istərdim ki, Milli Məclis mədəniyyət işçilərinə daha diqqətlə yanaşsın. Bizim haqqlarımızı daha aktiv şəkildə müdafiə etsin".
Teleqraf.com xəbər verir ki, bu sözləri Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Musiqi Forumunda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib: "Musiqi, mədəniyyət böyük bir silahdır. Ordu kimidir, bu orduda gözəl, istedadlı, tanınmış insanlar iştirak edirlər. Heydər Əliyev Fondu bizə çox dəstək olur. Bir neçə qlobal festivalları maliyyələşdirir".
Fərhad Bədəlbəyli telekanallarda yayımlanan proqram məsələsinə də toxunub: "Proqramların 90 faizinin əyləncə motivli olmasını istəməzdim. 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur".