29 Noyabr 2023 19:00
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi pyes müsabiqəsi qaliblərinə mükafatları təqdim edib.

Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş pyes müsabiqəsinə 21 iştirakçı müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib, müsabiqəyə təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova "Torpaqlar" pyesi ilə birinci yerə, Niyaz Qasımov "Pənahəli xan" pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas Elnarə Akimovadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər