“Savadlı qadın öz həyatını sorğulayacaq, sual verəcək: "Niyə belə yaşayıram? Mən daha yaxşı həyata layiq deyiləmmi?" Amma savadsız qadın deyəcək ki, onsuz da bu mənim həyatımdır, belə şərtlənib. Çünki o belə böyüyüb. Bir az sonra ailə quracaq. Evdə oturacaq, evinin xanımı olacaq”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu tanınmış aktrisa Türkan Şoray qadınların seçmək və seçilmək azadlığının ildönümü çərçivəsində Antalyada təşkil edilən müzakirədə çıxışı zamanı deyib.
Şoray bildirib ki, Türkiyədə ən böyük problem qadınların təhsilinin başa çatdırılmamasıdır:
“Xüsusilə qızların təhsil alması o qədər vacibdir ki. Qadınların əl-ələ verib, öhdəsindən gələ bilməyəcəyi heç bir iş yoxdur. Yetər ki, bu düşüncədə, bu həmrəylikdə olsunlar”.