22 Dekabr 2023 19:35
2 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami kino Mərkəzində "Hadrut, sən azadsan!" sənədli filminin təqdimat mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, Bakı Media Mərkəzinin icraçı direktoru, "Hadrut, sən azadsan!" sənədli filminin prodüseri Orman Əliyev ekran əsərinin ərsəyə gəlməsindən danışıb: "Bu film Qarabağın zəfəri filmləri silsiləsindəndir. Bu mövzuda ən azından ildə bir və yaxud daha çox film çəkməyi planlaşdırırıq. "Hadrut, sən azadsan!" sənədli filmi real hadisələr üzərində qurulub və Hadrutun azad olunmasının real strategiyasıdır. Ekran əsəri real video və faktlar əsasında səhnələşdirilib. Film Mədəniyyət Nazirliyinin və Müdafiə Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub. İnanırıq ki, sənədli film tamaşaçılar üçün maraqlı olacaq. "Şuşa, sən azadsan!" filmində real görüntülərimiz çox idi. Filmi Şuşa azad olunduqdan dərhal sonra çəkmişdik. "Hadrut, sən azadsan!" sənədli filminin çəkilişiləri bu ilin sentyabrında başlayıb. İnanırıq ki, öhdəsindən gəlmişik. Nə qədər belə filmlər çəkilsə, o qədər yaxşı haldır".
Orman Əliyev onu da bildirib ki, antiterror əməliyyatından bəhs edən film də çəkiləcək: "Antiterror tədbirləri haqqında da film çəkmək fikrimiz var".

Qeyd edək ki, "Hadrut, sən azadsan!" sənədli filminin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər