Xalq artisti Nəzakət Teymurova 6 il fasilədən sonra Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında rol alıb.
Teleqraf.com xəbər verir ki, “Leyli” obrazını canlandıran xalq artisti təəssüratlarını sosial mediada bölüşüb.
“Yenə öz dəryamda idim . Mən operada böyüdüm. Opera səhnəsinin tozu ilə qidalandım. Mənə bu sənətin zirvəsini göstərdi Opera səhnəsi. 6 il aradan sonra yenidən öz dünyama, doğma səhnəmə qovuşdum. 6 ildən sonra Leylinin libasını üstümə geyindim, ruhunu ruhuma hopdurdum. Səhnədə Leylinin segahının ahı ilə etiraz etdim 6 illik ayrılığa… Rəsul Rza demişkən, “Od nə çəkdi , küldən soruş”…Opera və Balet Teatrının direktoru, əsl sənətkar Yusif Eyvazova öz və pərəstişkarlarımın şükranını çatdırıram . Verdiyiniz dəyərə görə minnətdaram”, - deyə bildirib.