11 Fevral 08:29
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə maraqlı foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, aktrisanın izləyiciləri ilə bölüşdüyü foto "Ölsəm... bağışla" filminin sınaq çəkilişlərinə məxsusdur.

"...18..."Ölsəm... Bağışla"... foto sınaq" -deyə yazıb.

Qeyd edək ki, 1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalata buraxdığı “Ölsəm…bağışla” filminə görkəmli rejissor Rasim Ocaqov quruluş verib.

Filmdə baş qəhrəmanları Xalq artisti Fəxrəddin Manafovla əməkdar artist Gülzar Qurbanova oynayır.

Filmin qəhrəmanı müharibədən qayıtdıqdan sonra atasının haqsız olaraq məhkum edilməsini öyrənir və ədalətsizlik edənləri cəzalandırmaq qərarına gəlir. Mübarizə meydanında haqsızlığa qarşı çıxsa da, qəlbi hər cür natəmiz fikirlərdən uzaq olduğu üçün şər qüvvələrlə sona qədər mübarizə apara bilmir və nəticədə də məhv olur.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər