Elm və Təhsil naziri Emin Əmrullayev əməkdar artist Aybəniz Haşımova və onun rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələrini fəxri fərmanla təltif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.
Nazir türk dövlətləri məktəblilərinin iştirakı ilə keçirilən "Şuşa Türk Dövlətləri Birliyinin mədəniyyət incisidir" adlı Beynəlxalq Uşaq Yaradıcılıq Festivalında fəal iştiraka görə əməkdar artist və komandasını fəxri fərmana layiq görüb.
A.Haşımova göstərdiyi diqqətə görə nazirə təşəkkür edib.