26 Mart 2015 07:23
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 3-dən 5-dək tanınmış azərbaycanlı rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi açılacaq.

Teleqraf.com-un xəbərinə görə, Muzey Mərkəzində baş tutacaq sərgidə rəssamın 40-dan çox yeni əsəri nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək tədbirdə Emil Əzizin üç istiqamətdə işləri sərgilənəcək.

“Yuxularım” sərgisində rəssam qadın və dəb mövzusunda olan işlərlə yanaşı, təbiət mənzərəli əsərlərini, müxtəlif şəhərlərin, eləcə də Bakının yer aldığı rəsmlərini təqdim edəcək. Emil Əziz əsərlərində qadın gözəlliyi, fantaziya, ironiya və realizmi birləşdirir. Rənglərdən cəsarətlə istifadə edən Emil bu tərzdə işləyən azsaylı azərbaycanlı rəssamlardandır.

Rəssam “Yuxularım” sərgisinə səkkiz aydan çoxdur hazırlaşır. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, Emil Əziz uzun müddətdir Türkiyədə yaradıcılıqla məşğul olur. Azərbaycan rəssamlıq sənətini xarici ölkələrdə layiqincə təmsil edir və bir çox beynəlxalq sərgilərin iştirakçısıdır.


Müəllif:

Oxşar xəbərlər