Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov insanların teatra olan marağının nəinki azaldığını, əksinə, daha da artdığını deyib.
Publika.az-a danışan rejissor yaxşı tamaşalara hər zaman maraq olduğunu bildirib: “Bəzən deyirlər ki, teatra gələn yoxdur. Mən bu fikrin əleyhinəyəm. Əgər yaxşı tamaşa varsa, onun tamaşaçısı da olacaq. Bu günlərdə İlyas Əfəndiyevin “Mənim günahım” adlı əsərinə quruluş verdim. Premyerada anşlaq idi. Demək, insanların teatra olan marağı sönməyib”.